mobil versiya

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edə bilər


"Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlığın böyük perspektivləri var".
Bunu Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Ma Çi deyib.
"Çin kosmik sənayenin inkişafında mühüm irəliləyiş əldə edib. Bu sahədə əməkdaşlıq Azərbaycanın istək və maraqlarından asılı olacaq", - o vurğulayıb.
Ma Çi oktyabrın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin İKT, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafına fayda verəcəyini vurğulayıb: "Konqresdə Çindən bir çox nümayəndə heyəti, assosiasiya və şirkətlər təmsil olunacaq. Onların ən böyüyü "China Aerospace Science and Industry Corporation" və "China Aerospace Science and Technology Corporation"dır".(report)


KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-09-2023, 11:33