Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Qarabağın və işğal altındakı Azərbyacan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.
KARUSEL / SİYASƏT
Tarix: 27-09-2023, 16:21