mobil versiya

"Söyüdlüdə yerüstü sulardan götürülən nümunələrdə ağır metallar normadan yüksəkdir" - Komissiya sədri


Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan nümunələr götürülüb və müəyyən edilib ki, codluq və bulanıqlılıq, həmçinin ağır metallar normadan yüksəkdir.
Bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" Beynəlxalq Monitorinq Şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.
O bildirib ki, bir nöqtədə sionidin miqdarı 0,013 müəyyən edilib. Əslində isə norma 0,005 olmalıdır.
"Həmçinin 32 nöqtədə torpaqdan nümunələr götürülüb. Bütün göstəricilər norma daxilində olub, lakin ağır metallar yüksək göstəricilərlə xarakterizə olunub. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb".
Nazir qeyd edib ki, "Micon" şirkətinin apardığı monitorinqlərin yekunlarına dair həm şirkətə tövsiyə xarakterli sənəd hazırlanıb, həm də dövlət qurumları üçün nəzarət tədbirlərinin görülməsi və problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr təqdim edilib.(apa)


KARUSEL / CƏMİYYƏT
Tarix: 28-09-2023, 12:50