"ÇOLKA" LAÇIN POSTUNDA ƏLƏ KEÇDİ! - Separatçıların "təhlükəsizlik şurasının" katibi də saxlanılıb
Separatçıların "təhlükəsizlik şurasının" katibi Ararat Melkumyan Laçın keçid məntəqəsində saxlanılıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
MELKUMYAN KİMDİR?
A.Melkumyan bu ilin yanvar ayında qondarma rejimin “təhlükəsizlik şurası”nın katibi vəzifəsinə təyin olunmuşdu. O, bu vəzifədə Vitali Balasanyanı əvəz etmişdi.
Ararat Melkumyan o vaxtadək separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurası” katibinin müavini olub.
Polkovnik rütbəsi daşıyan Ararat Melkumyan qarabağ erməniləri arasında “Çolka” ləqəbi ilə tanınır. Onun Arayik Arutyunyanın yaxın dostu olduğu da bildirilir. Saç düzümünə görə "Çolka" ləqəbi almış polkovnik Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar (ermənilər Karmir Şuka deyirlər-red.) kəndində anadan olub.
Ararat Melkumyan separatçılar arasında nüfuzlu hərbçilərdən sayılıb. Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərakata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.
Ararat Melkumyan ötən il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbayacan qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.
Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilib.
KARUSEL / GÜNDƏM
Tarix: 3-10-2023, 10:33