Prokurorluq bu gün baş verən mina hadisələri ilə bağlı araşdırma aparır
Oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-10-2023, 15:11