mobil versiya

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb



2023-cü ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb.
Bu barədə BQXK-nın keçirdiyi tədbirdə məlumat verilib.
Bildirilib ki, bundan başqa aidiyyəti dövlət qurumlarına itkin düşmüş şəxslərin ailələrinə cavabların verilməsində dəstək göstərmək məqsədilə BQXK texniki tövsiyələrini bölüşməklə və fərqli ləvazimatların ianəsi vasitəsilə 3 rayonda aparılmış ekshumasiya layihələrinə dəstək göstərib.
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-10-2023, 10:18