Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, birgə taktiki təlimin oktyabrın 23-25-də Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-10-2023, 14:31



























