mobil versiya

Kiçik və orta bizneslərin ucuz maliyyə resurslarına çıxışı təmin ediləcək



Mərkəzi Bank tərəfindən kapital bazarının dərinlik və diversifikasiyasının artırılması məqsədi üzrə həyata keçirilən əsas təşəbbüslərdən biri də investisiya alətlərinin əhatə dairəsinin genişləndirilməsidir.
Bu barədə AMB-nin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu istiqamətdə növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” (Qayda) təsdiq edilib və 31 oktyabr 2023-cü il tarixindən qüvvəyə minib.
Qaydalar beynəlxalq maliyyə təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanıb və bu təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışları üzrə qeydiyyat prosedurlarını, məlumatların açıqlanması, habelə qiymətli kağızların yerləşdirilməsi və buraxılış şərtlərində dəyişiklik edilməsi kimi tələbləri müəyyən edir.
Qaydanın tətbiqi ilə beynəlxalq təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışının artacağı, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacağı, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanını təmin ediləcəyi və qiymətli kağızlar bazarında ticarət olunan likvid alətlərin çeşidinin genişlənəcəyi gözlənilir.
Qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq olar:
Qaydalar

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-11-2023, 11:39