mobil versiya

Serbiyada parlament buraxıldı


Serbiya prezidenti Aleksandr Vuçiç parlamenti buraxıb.
A.Vuçiç növbədənkənar parlament seçkilərinin bu il dekabrın 17-də keçiriləcəyini rəsmi olaraq təsdiqləyib.
"3 aprel 2022-ci il tarixində seçilmiş parlamenti buraxıram. Deputat seçkilərini 17 dekabr 2023-cü ilə təyin edirəm", - deyə Serbiya prezidenti xalqa müraciətində deyib.
Qeyd edək ki, oktyabrın 30-da Serbiya hökuməti ölkə prezidentinə Milli Skupşinanın (Serbiyada parlament) buraxılması və parlament seçkilərinin rəsmi şəkildə təyin olunması barədə təkliflə müraciət edib.

KARUSEL / DÜNYA
Tarix: 1-11-2023, 14:03