Bu bankların bağlanmasının əsas səbəblərini açıqlanıb
Apardığımız yoxlamalardan sonra məlum olub ki, “Günay Bank” ASC və "Muğan Bank" ASC-də hesabatlılıq lazımi qaydada aparılmayıb.
Bu barədə Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
"Bu həmin bankların bağlanmasının əsas səbəblərindən biri olub. Biz yerində yoxladıq və məlum oldu ki, hər iki bankda kapital çatışmır. Bundan irəli gələrək bu bankların lisenziyasını ləğv etdik", - o deyib.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-11-2023, 17:13