Annalena Berbokun səfər proqramı açıqlanıb
Noyabrın 3-4 tarixlərində Almaniya federal xarici işlər naziri xanım Annalena Berbok (Annalena Baerbock) danışıqlar üçün Yerevana və Bakıya səfər edəcək.
Bu barədə Almaniyanın ölkəmizdəki səfirliyi məlumat yayıb. Bu, xarici işlər nazirinin 2023-cü ilin yazında Gürcüstana səfərindən sonra Ermənistan və Azərbaycana ilk, Cənubi Qafqaza isə ikinci səfəridir.
Azərbaycandakı danışıqların əsas mövzusu həmkarı Ceyhun Bayramovla görüşü olacaq və bundan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçiriləcək.
Məlumatda deyilir ki, Almaniya davamlı sülhə, regionun siyasi və iqtisadi diversifikasiyasına və Aİ ilə sıx və yaxşı münasibətləri üçün çalışır: "Bunun üçün regionda etimad və barışıq yaradılması çox vacibdir. Məqsəd azərbaycanlıların və ermənilərin öz milli sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində yaşaya bilmələri üçün danışıqlar yolu ilə hərtərəfli sülh həllidir. Bu məqsədlə biz Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tez bir zamanda bərpasını dəstəkləyirik və Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən hər hansı bir əlaqəni dəstəkləyirik".
KARUSEL / SİYASƏT

Tarix: 2-11-2023, 12:38