mobil versiya

İsrail ordusu HƏMAS-ın 400-dən çox kamikadze jiletini aşkarlayıb


İsrail Silahlı Qüvvələri ölkənin cənubunda aparılan təmizləmə əməliyyatları zamanı radikal Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən tərk edilmiş 400-dən çox kamikadze jileti, yüzlərlə odlu silah və qumbaraatan aşkarlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.
Bundan əlavə, HƏMAS-ın hücumuna məruz qalan yaşayış məntəqələri üzərində nəzarəti bərpa etmək üçün keçirilən əməliyyatlar zamanı 760 RPG-7 qumbaraatanı, 106 raket və mərmi, 1,5 minə yaxın qumbaraatan və 375 odlu silah aşkar edilib.(report)
KARUSEL / DÜNYA
Tarix: 8-11-2023, 09:25