Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil verib
Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbaranı, 12 müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşyanı təhvil götürüb. Həmçinin üç ov tüfənginin tapılması təmin edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkarlanaraq götürülüb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 8-11-2023, 16:11