mobil versiya

Müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir


Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-11-2023, 16:31