mobil versiya

Ərdoğan Əlcəzairə səfər edəcək



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Əlcəzairə səfər edəcək. Səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində ikitərəfli və regional məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.
Əlcəzair ilə Türkiyə arasındakı əlaqələr son illər bütün sahələr üzrə əhəmiyyətli dərəcədə irəliləyib. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün 2006-cı ildə “Dostluq və Əməkdaşlıq Sazişi” imzalanıb.

KARUSEL / DÜNYA
Tarix: 20-11-2023, 17:49