mobil versiya

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yunanıstanda "The Economist" tərəfindən keçirilən 7-ci Sammitə tərəfdaşlıq edir



Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yunanıstan Respublikasının prezidenti Katerina Sakellaropulunun himayəsi altında "The Economist" tərəfindən keçirilən “Dayanıqlılıq Qlobal Əməkdaşlığa və Sülhə necə kömək ola bilər?” mövzusundakı 7-ci Sammitə tərəfdaş olaraq qatılıb.
Afina şəhərində baş tutan bu tədbirdə Mərkəzin üzvləri - Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Moldovanın sabiq baş naziri Kiril Qaburiç, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Rumıniyanın sabiq baş nazirinin müavini Ana Birçal iştirak edərək, “Qeyri-sabit Çoxqütblü Dünyada Davamlılığı Prioritetləşdirmək” panelində Azərbaycanın da daxil olduğu Avrasiya Orta Dəhlizinin şərqlə qərbin dayanıqlı enerji və ticarət əlaqələrinin inkişaf etdirilməsindəki rolu, enerji təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti və multilateralizmin yaşadığı problemlər müzakirə edilib.

O cümlədən, Yunanıstana olan səfər çərçivəsində Mərkəzin baş katibi Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulu ilə görüşərək, Mərkəzin Yunanıstanda keçirdiyi ali səviyyəli toplantılar, 11-ci Qlobal Bakı Forumu və digər beynəlxalq tədbirləri haqqında fikir mübadiləsi aparılıb.





KARUSEL / CƏMİYYƏT
Tarix: 23-11-2023, 09:59