mobil versiya

HAMAS 13 israilli girovu BQXK-ya təhvil verib




HAMAS 13 israilli girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
BQXK-ya təhvil verilən israilli girovların Rəfah keçid məntəqəsinə gətirildiyi bildirilib.
Oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna qəfil hücumu zamanı 1200-dən çox israilli öldürülüb, 244 israilli girov götürülüb.

KARUSEL / DÜNYA
Tarix: 24-11-2023, 18:33