mobil versiya

Bu ölkədə nazirlərə mesencerlərdən istifadə qadağan edilib



Fransada nazirlərin "WhatsApp","Telegram" və "Signal" mesencelərindən istifadə etməsi qadağan olunub.
Müvafiq sənəd Fransanın baş naziri Elizabet Born tərəfindən imzalanıb.
Sənəddə nazirlərin dekabrın 8-dək cihazlarından Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq olunmamış bütün tətbiqləri silməyə məcbur edir.
Qərar bu tətbiqlərdə təhlükəsizliklə bağlı nöqsanlarının olması ilə əsaslandırılıb. Fransalı nazirlərə ANSSI tərəfindən təhlükəsizlik sertifikatı almış yeganə mesencer olan yerli "Olvid" mesajlaşma tətbiqindən istifadə etmələri təklif olunub.

KARUSEL / DÜNYA
Tarix: 30-11-2023, 10:30