İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq.
Bunu Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev noyabrın 30-da parlamentdə keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə deyib.
Prezidentinin Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə yaxın gələcəkdə həyat tamamilə bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 30-11-2023, 13:02