mobil versiya

Əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb



Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 1-12-2023, 10:55