Səfir: "Rumıniya Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olub və olmaqda davam edir"
Rumıniyanın Milli Günü - Böyük Birlik Gününün 105-ci ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, səfir Vasile Soareo çıxış edərək ölkəsinin tarixindən və əldə etdiyi uğurlardan danışıb.
105 il bundan əvvəl, 1 dekabr 1918-ci il tarixində, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan İmperiyalarının parçalanması nəticəsində Alba Yuliya şəhərində ölkənin və tarixi əyalətlər olan Bessarabiya, Bukovina və Transilvaniyadan olan bütün Rumınların Böyük Birliyi elan edildi. Yüz illər sonra Rumınlar öz Unitar Milli Dövlətini - Rumıniyanı qurmağa nail olub.
Diplomat dedi ki, beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin təmin edilməsi, “Dəmir Pərdənin” süqutu ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq bir çox digər beynəlxalq təşkilatların fəal üzvü oldu və bu gün qonşuluğunda məsuliyyətli siyasətini təşviq etməkdədir.
Azərbaycanla münasibətlərə toxunan diplomat bildirdi ki, Rumıniya 1991-ci ilin 11 dekabr tarixində Türkiyədən sonra, dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olub, 2009-cu ildə isə Rumıniya Azərbaycan ilə yüksək səviyyəli Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni təklif edən və bunu imzalayan ilk Aİ üzv dövlətidir: “30 il ərzində Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə - siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib”.
Son 2 ildə Rumıniya ilə Azərbaycan arasındakı yüksək səviyyəli siyasi dialoq nümunəvi bir dinamika nümayiş etdirib: Prezident İlham Əliyev 2022-ci ilin dekabr ayında Rumıniyaya, Prezident Klaus İohannis 2023-cü ilin fevral ayında Azərbaycana səfər edib. Parlament dialoqu əhəmiyyətli dərəcədə aktivləşmiş – Rumıniya Parlamentinin Deputatlar Palatasının Sədri 2023-cü ilin fevral ayında Azərbaycana, Milli Məclisin Sədri xanım Sahibə Qafarova 2023-cü ilin oktyabr ayında Rumıniyaya səfər edib.
İki Xarici İşlər Nazirlikləri arasında Rumıniya-Azərbaycan dialoqu davamlı olmuş, 2023-cü ilin 6 noyabr tarixində nazir Ceyhun Bayramov Buxarestə rəsmi səfərə gedib.
İqtisadi sahədə, 2022 və 2023-cü illərdə Bakıda və Buxarestdə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın görüşləri keçirilib, yeni imkanlar və əməkdaşlıq layihələri müəyyənləşdirilib və Rumıniya-Azərbaycan ticarətində nəzərəçarpacaq artım müşahidə olunub ki, bu da təqribən 700 milyon ABŞ dolları təşkil edib.
Energetika sahəsində, Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla birgə çalışırlar:
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində; 2023-cü il 1 aprel tarixindən etibarən Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr təbii qazın tədarükü üzrə ilk müqaviləsi həyata keçirilir; Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya mayeləşdirilmiş təbii qazın nəqli layihəsi (texniki-iqtisadi çalışma nəticələri gözlənməkdədir).
Nəqliyyat və əlaqələr sahəsində, Rumıniya və Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdırlar. Və bu cür nümunələr davam edə bilər.
Rumıniya Cənubi Qafqazda beynəlxalq hüququn müəyyən edilmiş prinsipləri əsasında bütün qonşularla münasibətləri normallaşdırmaqla sülh, sabitlik və təhlükəsizlik mühitinə nail olmaq üçün səyləri davam etdirməyə təşviq edən Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olub və olmaqda davam edir.
Azərbaycan hökuməti adından rumın xalqını bayram münasibətilə təbrik edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov dedi ki, Azərbaycan və Rumıniya uzun illərdir ki, yüksək səviyyəli siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirən dost ölkələrdir. Keçən ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya və bu ilin fevralında Rumıniya Prezidenti Klaus İohannisin Azərbaycana səfərləri, eləcə də bu yaxınlarda imzalanmış strateji əhəmiyyətli sənədlər ölkəmizi yəməkdaşlığın yeni inkişaf mərhələsinə qaldırıb. Ölkələrimiz arasında uğurlu siyasi əlaqələr iqtisadi tərəfdaşlığın genişlənməsinə və ticarət-iqtisadi əməkdaşlığın şaxələndirilməsinə təkan verir. Bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 48% artaraq 526 milyon dollara çatıb. Burada xam neft və neft məhsulları 56,5% payla aparıcı yer tutur. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir. SOCAR-ın Rumıniyada genişlənən əməliyyatları, o cümlədən ölkənin 28 regionunda 74 yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq anbarının olması qarşılıqlı faydalı enerji əlaqələrinin göstəricisidir. Hazırda enerji sahəsində əməkdaşlığımız şaxələnir və enerji təchizatında Ümumavropa miqyası qazanır. Bu layihələr Rumıniyaya digər Avropa ölkələri üçün tranzit rolunu oynamağa, eləcə də Azərbaycan qazının və yaşıl enerjinin istehlakçısına çevrilməyə imkan verir. Xüsusilə Rumıniyanın “Yaşıl Enerji Dəhlizi” layihəsində iştirakı və bu dəhliz vasitəsilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ötürülməsində iştirak perspektivi ölkənin gələcəkdə strateji əhəmiyyətini daha da artıracaq:”Bundan başqa, nəqliyyat və rəqəmsallaşdırma layihələri ikitərəfli əməkdaşlığımızın inkişafını təmin edəcək digər prioritet istiqamətlərdir. Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyətimiz də bütün sahələrdə potensialın reallaşmasına və əməkdaşlığın miqyasının ildən-ilə genişlənməsinə öz töhfəsini verir. Bir sözlə, bütün səylərimiz birgə uğura yönəlib. İnanırıq ki, Azərbaycan-Rumıniya tərəfdaşlığı gələcək nailiyyətlərimizlə daha da möhkəmlənəcəkdir”.
Tədbir ənənəvi rumın musiqi elementlərini blu, rok, kantri və s. elementlər ilə qeyri-adi şəkildə sintez edən Hanno Hofer və NIGHTLOSERS qrupunun möhtəşəm ifasıyla davam etdi.
KARUSEL / SİYASƏT

Tarix: 1-12-2023, 21:03