Səfir: "Krallıq müxtəlif sahələrdə əldə etdiyi irəliləyişi ilə dünyanı heyrətə gətirib"

Reportyor.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanının keçdiyi sürətli inkişaf yolundan danışıb. Səfir deyib ki, Krallıq müxtəlif sahələrdə əldə etdiyi irəliləyişi ilə dünyanı heyrətə gətirib və Krallığın 2030-cu ikə Baxış layihəsinin sadəcə bir xəyal olmadığını sübut edib: "Bu, hər gün əldə edilən və savadlı Səudiyyə gənclərimizin əli ilə planlaşdırıldığından daha sürətlə irəliləyən bir reallıqdır. Həmçinin, Krallıq öz səriştəsini və bacarığını sübut edərək və bu gün ətraf mühiti və iqlim dəyişikliyini qoruyaraq bütün turizm, iqtisadi və sənaye sahələrində davaml inkişaf yolu ilə iqtisadi islahatları və hərtərəfli intibahı formalaşdıran tərəqqi erasına rəhbərlik edir". Onun sözlərinə görə, Vəliəhd Krallıq daxilində 10 milyard ağac əkməyi hədəfləyən Yaşıl Səudiyyə Təşəbbüsünü və 50 milyard ağac əkməyi hədəfləyən Yaşıl Yaxın Şərq Təşəbbüsünü başladıb.
Səudiyyə Ərəbistanı Krallığı beynəlxalq miqyasda mühüm və nüfuzlu bir ölkədir. O, G20-nin üzvüdür və Krallığın 2030-cu ilə Baxışı layihəsinə nail olmaq üçün iddialı perspektivləri var: "Bəlkə də, Krallıqda bizi fərqləndirən, beynəlxalq inkişaflarla ayaqlaşmaq, öz resurslarından bəhrələnmək, ərəb və islam dəyərlərini, prinsipləri qoruyaraq Səudiyyə vətəndaşının tərəqqisi və rifahı naminə onlardan istifadə etmək üçün üstün qabiliyyətimizdir".

Diplomat vurğulayıb ki, Səudiyyə Ərəbistanı Krallığı iki müqəddəs məscidə və müqəddəs məkanlara böyük diqqət və qayğı göstərir. Bu da islama və müsəlmanlara xidmət etmək üçündür:"Bu, böyük bir şərəfdir və biz onu yerinə yetirməkdən qürur duyuruq. Və bu, müdrik rəhbərliyimizin əsas sütunu hesab edilir".
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrə toxunan səfir deyib ki, bu əlaqələr tarixi axrakter daşıyır və hal-hazırda müxtəlif sahələrdə davamı inkişaf edir.
Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Onun sözlərinə görə, bu günədək hər iki ölkənin maraqlarına uyğun sazişlər və memorandumlar imzalanıb. Hazırda Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar Şurasının yaradılması yolu ilə ticarət dövriyyəsinin həcminin artırılması üzərində işlənilir.


S.Şərifov əlavə edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində davam edir.
Nazir vurğulayıb ki, Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə dəstək verib və buna görə Ermənistanla əlaqələr qurmayıb: "Ermənistanın təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri müsbət nəticə verib, ilk gündən təklif etdiyimiz şərtlər qəbul edilib”.


KARUSEL / SİYASƏT
Tarix: 21-09-2023, 10:52