Regional təhlükəsizlik Azərbaycan və Rusiya Federasiyası arasında dialoqun mühüm elementidir - Ceyhun Bayramov
Regional təhlükəsizlik məsələləri həmişə Azərbaycan və Rusiya arasında dialoqun mühüm elementidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
“Bunlara (Azərbaycan və Ermənistan arasında) münaqişədən sonra normallaşma məsələləri, eləcə də daha geniş regional formatlar – “3+3” formatı daxildir. Bu formatda sonuncu görüş oktyabrın 23-də Tehranda keçirilib. Hesab edirəm ki, bu və digər məsələləri bu gün ətraflı müzakirə etmək imkanı olacaq”.
Qeyd edək ki, Ceyhun Bayramov dekabrın 4-də Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər zamanı nazirin görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı planlaşdırılır.(trend)
KARUSEL / SİYASƏT

Tarix: 5-12-2023, 11:53