Hərbçilərin mənzillə təmin olunması bundan sonra da davam edəcək
Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili xidmət etmiş insanlar var, onlar indiyə qədər mənzil alıblar. Bundan sonra da hərbçilərin mənzillə təmin olunması davam edəcək. Yəni, nə qədər ordu var, nə qədər Azərbaycan dövləti var, belə olub, belə də olacaq. Burada heç bir problem yoxdur.
Bunu dekabrın 5-də Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
“Çox təəssüf ki, Azərbaycanı istəməyən bəzi qüvvələr bundan sui-istifadə edirlər. Sual verirlər ki, niyə 20 ildən 25 ilə qalxır? Bilirsiniz ki, hərbi qulluqçu beş və ya on ilə yetişmir. Hər gün yeni texnologiyalar meydana çıxır. Buna görə də yeni texnologiyalarla ordunu komplektləşdirmək, eyni zamanda, texnologiyaları, hərbi elmi mənimsəmək lazımdır. Dünya təcrübəsindən də görürük ki, kamil bir hərbçinin yetişməsi üçün ən azı 25 il lazımdır. Bundan sonra o, öz təcrübəsini özündən sonra gələn gənc nəslə ötürə bilər. Məqsəd Ordumuzu daha yaxşı komplektləşdirmək, texnika ilə davranış qabiliyyətini gücləndirməkdir”, - deyə Ziyafət Əsgərov əlavə edib.
Komitə sədri bildirib ki, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin beş il artırılırması nəticəsində onların pensiya təminatı 50 faizdən 65 faizə çatacaq. Eyni zamanda, qoşun növlərindən asılı olaraq, pensiya təminatı hər il iki və ya üç faiz artacaq. İyirmi beş ildən çox xidmət ediləcəyi təqdirsə isə bu, 75 faizin üzərində hesablanacaq.(azərtac)
KARUSEL / CƏMİYYƏT

Tarix: 5-12-2023, 16:39