"Təəssüflər olsun ki, Avropada liderlər arasında Borel, Metsola kimi populist insanlar var" - İlham Əliyev
Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil.
Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib.
“Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
KARUSEL / SİYASƏT
Tarix: 6-12-2023, 12:08