mobil versiya

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək



Növbədənkənar prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.
Bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət edəcəyik. “İlk dəfə olaraq 20 min seçici işğaldan azad edilmiş ərazilərdə səs verəcək və bu hadisə tarixə düşəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.(trend)

KARUSEL / ÖLKƏ
Tarix: 8-12-2023, 17:25