mobil versiya

Səbail” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib



Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, buna səbəb "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemlə əlaqədar təmir-bərpa işlərinin davam etdirilməsidir.
Bakı klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən, “Qəbələ” PFL tərəfindən məlumatlandırılıb. Qurumun yekun qərarına görə, startı 17:00-a nəzərdə tutulmuş görüşün gün və məkanı eyni saxlanılmaq şərti ilə saat 13:00-da başlanmasına qərar verilib.
Qeyd edək ki, "Səbail" - "Qəbələ" görüşü dekabrın 15-də oynanılacaq.

KARUSEL / İDMAN
Tarix: 12-12-2023, 12:25