mobil versiya

32 mindən çox pirotexniki vasitə aşkarlanıb



Tovuzda xeyli miqdarda pirotexniki vasitə və ratsiya aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-12-2023, 11:51