mobil versiya

ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik olunub



“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti “Dövlət sirri haqqında” qanuna uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda həmin Fonda təqdim edəcək.

KARUSEL / SOSİAL
Tarix: 13-12-2023, 13:22