Erməni nazir: "İrəvan Bakı və Ankara ilə nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır"
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan rəsmi İrəvanın Bakı və Ankara ilə nəqliyyat əlaqələrini bərpa etməyə hazır olduğunu bildirib.
Ermənistan KİV xəbər verir ki, o, bu barədə dekabrın 15-də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə danışıb.
Nazir "Dünyanın kəsişməsi” proqramını da xatırladıb: “Bu proqramla ölkəmiz region ölkələrini şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat əlaqələri ilə təmin edəcək bütün infrastrukturların qurulmasına hazır olduğunu bildirir. Biz həmçinin Ermənistanla Azərbaycan arasında 4, Ermənistan-Türkiyə sərhədində 1 keçid məntəqəsi yaratmağa hazırıq”.(report)
KARUSEL / DÜNYA

Tarix: 15-12-2023, 17:49