Qəzzada 36 xəstəxanadan 26-na ziyan dəyib
Qəzzada 36 xəstəxanadan yalnız 9-u fəaliyyət göstərir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstindəki nümayəndəsi Riçard Piperkorn bildirib.
“Qəzza xəstəxanalarında oktyabrın 7-də hərbi əməliyyatlar başlamazdan əvvəl mövcud olan çarpayıların cəmi 38 faizi qalıb. Tibb şöbələri 206 faiz doludur. ÜST dekabrın 20-nə kimi Qəzza zolağında səhiyyə infrastrukturuna 246 hücum qeydə alıb. Bu hücumlar nəticəsində 582 nəfər ölüb, 748 nəfər yaralanıb. 36 xəstəxanadan 26-na ziyan dəyib”, – Piperkon deyib.
KARUSEL / DÜNYA
Tarix: 21-12-2023, 17:25