Bu ölkələrdə daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının nəzərinə
Azərbaycanın Vyetnamdakı səfirliyi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezideni seçkiləri ilə bağlı Vyetnam, Kamboca ve Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına çağırış edib.
Bu barədə səfirliyin Facebook sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, bu seçkilər ərazi bütövlüyü təmin edildikdən və ölkə ərazisi üzrə suverenlik tam bərpa olunduqdan sonra ilk seçkilər olaraq tarixə yazılacaq. Tariximizin belə șərəfli dönəmində seçkilərdə iştirak etmək üçün səfirlik Azərbaycan vətəndaşlarına lazımi şəraitin yaradılmasına hazırdır. Bu məqsədlə Prezident seçkilərində iştirak etmək istəyən Vyetnam, Kamboca ve Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Vyetnamdakı səfirliyinə müraciət etmələri xahiş olunur.
Telefon: 024 3737 90 11/12
Elektron poçt: [email protected]
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay ve gün) və yaşadığı ünvan barədə məlumatın da göstərilməsi xahiş olunur.
Eyni zamanda bu tarixi hadisə münasibətilə fevralın 7-də səfirlikdə tədbirin keçirilməsi də nəzərdə tutulur.
KARUSEL / SİYASƏT
Tarix: 22-12-2023, 15:19