Azərbaycanın Türkiyədəki səfirliyindən vətəndaşlarımıza müraciət
Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırırıq ki, 7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək.
Bu barədə səfirliyin "X" sosial media hesabında bildirilib.
"18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadə etməsi üçün seçici siyahısına daxil edilməsi məqsədilə aşağıdakı məlumatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin [email protected] elektron poçt ünvanına 29 dekabr 2023-cü il tarixinə qədər təqdim edilməsi xahiş olunur:
1.Soyad, ad, ata adı;
2. Doğum tarixi;
3.Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan;
4. Əlaqə məlumatları (telefon, e-mail)", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
KARUSEL / SİYASƏT

Tarix: 21-12-2023, 18:14