mobil versiya

Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq



Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün 15 seçki qutusu qurulacaq.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.
Səfir qeyd edib ki, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.
"Türkiyədən xaricdə yaşayan vətəndaşlarımızın prezident və parlament seçkilərində səsvermə prosesi başlayıb. Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu quraşdırılıb. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər", - deyə səfir əlavə edib
Xatırladaq ki, mayın 14-də Türkiyədə Prezident seçkiləri keçiriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 3-05-2023, 16:00