mobil versiya

Sloveniyada prezident seçkiləri keçirilir



Sloveniyada prezident seçkilərində səsvermə başlayıb.
Oxu.Az xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 3 mindən çox seçki məntəqəsi açılıb.
Seçkilərdə yeddi namizəd var. Keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anze Loqar ən şanslı namizəd sayılır.
Seçki məntəqələri saat 19:00-da bağlanacaq.
Mənbə: TASS

DÜNYA
Tarix: 23-10-2022, 10:24