mobil versiya

Türkiyə səfirliyi Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib



Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib.
Bu barədə səfirlik tvitter hesabında qeyd edilib.
Seçkilərinin ikinci turu üçün səfirlikdə səsəvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq - deyə paylaşımda bildirilib.
Qeyd edək ki,Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-05-2023, 10:34