Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə 73 ölkədə keçiriləcək
Türkiyədə mayın 28-nə təyin edilən prezident seçkilərinin ikinci turu çərçivəsində dünyanın 73 ölkəsində səsvermə prosesi təşkil olunacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində bildirib.
Məlumata əsasən, mayın 20-dən etibarən xaricdəki 167 yerdə Türkiyənin 151 nümayəndəliyi tərəfindən seçki məntəqələri açılacaq. Keçid məntəqələrində səsvermə mayın 20-dən mayın 28-dək davam edəcək.
Xaricdə yaşayan Türkiyə vətəndaşları səsvermənin tarixini, vaxtını və ünvanlarını ölkənin Ali Seçki Şurasının “ysk.gov.tr” saytından öyrənə biləcəklər.
KARUSEL / DÜNYA
Tarix: 17-05-2023, 09:14