Bu barədə elm və təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edir.
Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 2023-cü il dekabrın 31-i, 2024-cü il yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-dən başlayacaq.