mobil versiya

Daşkəsəndə aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib



“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası keçirilib.
Aksiya çərçivəsində rayonun Çovdar, Quşçu kəndi, eyniadlı qəsəbə, eləcə də “Şadax” adlandırılan yaşayış məskəni üzrə aztəminatlı ailələr ziyarət edilib. Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşıyır. Cəmiyyət hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi məqsədi ilə onların sosial rifahının gücləndirilməsi istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 26-12-2023, 10:31