İrandan Azərbaycana narkotik keçirmək istədilər
Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyən edilib.
Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 27-12-2023, 14:59