mobil versiya

Avronun “atası” 98 yaşında öldü



Avropa İttifaqı ölkələrinin vahid valyutası – avronun dövriyyəyə buraxılmasında əsas rol oynamış Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor 98 yaşında dünyasını dəyişib.
Bu barədə “Frans Press” agentliyinə onun qızı Martina Obri bildirib.
O qeyd edib ki, Jak Delor özünün Parisdəki iqamətgahında vəfat edib.
Fransanın görkəmli siyasətçisi Prezident Fransua Mitteranın hakimiyyəti dövründə - 1981-1984-cü illərdə bu ölkənin maliyyə naziri vəzifəsini tutub. Delor 1985-ci ildə sonradan Avropa Komissiyası adlandırılan Avropa İcmalar Komissiyasının prezidenti seçilib və üç dəfə ard-arda seçilməklə, 1995-ci ilədək bu vəzifəni icra edib.
Jak Delorun rəhbərliyi ilə Avropada yeni inteqrasiya prosesinə başlanılıb. 1985-ci ildə Şengen sazişi imzalanıb, daha sonra onun hazırladığı proqram Avropa İttifaqının vahid valyutasının dövriyyəyə buraxılması ilə nəticələnib.

KARUSEL / DÜNYA
Tarix: 28-12-2023, 12:45