Çin Tayvanın şikayətlərinə məhəl qoymur
Tayvanın müdafiə nazirliyi sərt ifadələrlə çıxış edərək, Çini əsas Tayvan seçkilərindən bir neçə gün əvvəl aviasiya təhlükəsizliyini təhdid etməkdə və ada əhalisinə hava şarları ilə psixoloji müharibə aparmaqda ittiham edib.
Reuters xəbər verir ki, Tayvan boğazı üzərində uçan daha üç Çin şarının aşkar edildiyini, onlardan birinin adanı keçdiyini, nazirliyin son bir ay ərzində müşahidə etdiyi belə şarların ən sonuncu olduğunu deyib.
Keçən ay hava şarları ilə bağlı şərh verməkdən imtina edən Çin Müdafiə Nazirliyi şərh sorğusuna cavab verməyib.
Tayvan bu şənbə günü keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində Çinin hərbi və siyasi fəaliyyəti ilə bağlı yüksək hazırlıq vəziyyətindədir. Bildirilir ki, Çin seçkilərə müdaxilə etmək üçün hərbi və iqtisadi təzyiq göstərir.
Hakim Demokratik Tərəqqi Partiyasının (DPP) vitse-prezidentliyə namizədi Hsiao Bi-khim deyib ki, Çin Tayvanı təqib etməyi dayandırmalıdır.
Çin adaya öz ərazisi kimi baxır, Tayvan hökuməti bu iddianı rədd edir.
KARUSEL / DÜNYA
Tarix: 8-01-2024, 10:19