mobil versiya

İslamabadda din xadimi güllələnib


Tanınmış din xadimi və Sünni Üləma Şurasının Pakistan baş katibinin müavini Mövlana Məsud ur Rəhman Usmani İslamabadın Qauri qəsəbəsində iki silahlı tərəfindən güllələnib.
Pakistan Today xəbər verir ki, Əllamə ilə birlikdə səyahət edən başqa bir şəxs də hücum zamanı güllə yarası alıb. Hücum edənlər cinayəti törətdikdən sonra hadisə yerindən qaça biliblər.
Mövlana Məsud ur Rəhman Usmaninin qətli ilə bağlı naməlum şəxslərə qarşı cinayət işi açıb.
Usmani Pakistanda “Sipah-e-Sahaba” ekstremist qrupunun fəaliyyəti qadağan edildikdən sonra yaranan Sünni Üləma Şurasının katibinin müavini vəzifəsini icra edib, O, Hindistan əleyhdarı kimi tanınırdı.

KARUSEL / DÜNYA
Tarix: 8-01-2024, 13:00