Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı açıqlanıb
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.
Agentlik tərəfindən 2023-cü ildə görülən işlərin yekunlarına həsr olunan mətbuat konfransında, həmçinin, keçən il 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyi qeyd edilib.
Bildirilib ki, 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-01-2024, 12:09