Bu ölkədə diplomatlar üçün spirtli içki mağazası açılacaq
Səudiyyə Ərəbistanında 70 illik fasilədən sonra spirtli içki satılan ilk mağaza açılacaq. Amma həmin içkilər ancaq xarici ölkələrin diplomatlarına satılacaq.
Bu qərarın Səudiyyə Ərəbistanında spirtli içkilərin qeyri-leqal satışının qarşısını almaq məqsədilə verildiyi bildirilir.
Dünya mediası onu da diqqətə çatdırır ki, Krallığın vəliəhdi Məhəmməd bin Salmanın rəhbərliyi ilə 2030-cu il vizyonu çərçivəsində şəriət qaydaları ilə idarə olunan Səudiyyə Ərəbistanında son illər bir sıra mütərəqqi addımlar atılıb.
Krallıqda spirtli içkilərin satışının qadağan edilməsi və sərxoş insanların cəzalandırılması 70 il əvvəl – 1952-ci ildə tətbiq olunub. Həmin vaxt içki məclisində şahzadələrdən biri və britaniyalı diplomat arasında faciə ilə bitən insident baş vermişdi.
Körfəzin ərəb ölkələrinin əksəriyyətində spirtli içkilərin satışına ciddi məhdudiyyətlər qoyulub. Yalnız Qətər və Birləşmiş Ərəb Əmirliklərində 21 yaşdan yuxarı şəxslər bu içkiləri satın ala və içə bilərlər.
KARUSEL / DÜNYA

Tarix: 25-01-2024, 12:41