Rəsədxananın 2024-cü il üçün fəaliyyət planı şura üzvlərinə təqdim olunub
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın növbəti iclası keçirilib.
İclasda rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra alimlərin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub.
Rəsədxananın 2024-cü il üçün fəaliyyət planı şura üzvlərinə təqdim olunub və nəzərdə tutulan fəaliyyətlərlə bağlı məsələlər diqqətə çatdırılıb. Müzakirələrin sonunda rəsədxananın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-01-2024, 16:12