“Yaxın Şərqdəki bütün ABŞ bazalarını vura bilərik” – İranın dəstəklədiyi təşkilatdan xəbərdarlıq
İraqda İranın dəstəklədiyi “Əl-Haşd əş-Şaabi” şiə könüllülərindən ibarət qrupun bir hissəsi olan “Kətaib Hizbullah” təşkilatı ABŞ-yə xəbərdarlıq edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Newsweek” nəşrinə müsahibə verən təşkilat nümayəndəsi ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazalarını vura biləcəklərini deyib:“Biz istənilən vaxt və hər yerdə ABŞ-yə cavab verməyə hazırıq. Hələ açıqlanmayan uzaq mənzilli silahımız var. Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbə endirmək imkanımız var”.
Qeyd edək ki, bundan əvvəl ABŞ İordaniyadakı hərbi bazasına üç əsgərinin ölümü ilə nəticələnən hücuma cavab verəcəyini bildirmişdi.
KARUSEL / DÜNYA

Tarix: 1-02-2024, 16:57