mobil versiya

Pirallahıda mənzildən 20 min manat pul və qızıl-zinət oğurlayan şəxs saxlanılıb



Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20 min manat pul və 7 min manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 2-02-2024, 12:36