Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Yana Vanamelder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
TASS xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib.
Məlumata görə, Yana Vanamelder Estoniyada sovet əsgərlərinin qalıqlarını qohumlarının razılığı olmadan Tallin Hərbi Qəbiristanlığında yenidən basdırmaq planlarına etiraz etmək üçün Nazirliyə çağırılıb.
Bildirilib ki, Estoniya hakimiyyətinin "yenidən basdırmaq" plan ilə bağlı ona etiraz çatıdırılıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 2-02-2024, 15:23