mobil versiya

İslamabad Tehrana etirazını bildirib - “Nəticələrin məsuliyyətini İran daşıyacaq”



Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

Bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.
“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarını İranın daşıyacağını bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – XİN-in sənədində qeyd olunub.

“Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir və bunun ciddi fəsadları ola bilər”, – İslamabad Tehrana xatırladıb.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub. Eyni zamanda, İslamabad hadisə nəticəsində iki uşağın öldüyünü, daha üç nəfərin yaralandığını açıqlayıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 17-01-2024, 08:37